2 dəst medal uğrunda
Azərbaycan Olimpiya yığmasının velosipedçisi Yelena Çalıx 2 dəst medal uğrunda mübarizə aparacaq. İdman.com.az saytının məlumatına görə, bu idman növündə ölkəmizi olimpiadada təmsil edəcək ilk idmançı şose yürüşü ilə yanaşı, ayrı-ayrı start götürməklə fərdi yarışlarda da qüvvəsini sınayacaq. O, müvafiq olaraq iyulun 29-da və avqustun 1-də start xəttinə çıxacaq.

Xəbər 1057 dəfə oxundu.