“Neftçi” – “Hapoel” matçının hakimləri müəyyənləşib
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Neftçi” – “Hapoel” (Kiryat Şmona) matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun İsrail təmsilçisi ilə Bakıdakı oyunu litvalı hakimlərə tapşırılıb. Görüşü Gediminas Majeyka idarə edəcək.

Qeyd edək ki, artıq oyunun tarixi və başlama saatı da müəyyənləşib. Matç avqustun 8-də baş tutacaq. Bakıdakı “Dalğa arena”da baş tutacaq qarşılaşma 21:00-da başlayacaq.

Xəbər 954 dəfə oxundu.