Ələkbər Həsənov FİBA Avropadan növbəti təyinat alıb
Basketbol üzrə beynəlxalq dərəcəli referi Ələkbər Həsənov FİBA Avropadan növbəti təyinat alıb. İdman.com.az saytının məlumatına görə, azərbaycanlı referi iyulun 26-dan avqustun 5-nə kimi Makedoniyanın Strumitsa şəhərində 18 yaşadək qızlar arasında Avropa çempionatının B divizionunun oyunlarında ədaləti qoruyacaq.

Qeyd edək ki, bu Həsənovun Makedoniya 2012-ci ildə ikinci səfəridir. O, iyulun 10-dan 15-nə kimi Struqa şəhərində kiçik ölkələr arasında Avropa çempionatının final mərhələsinə də dəvət almışdı.

Xəbər 1297 dəfə oxundu.