“Neftçi”nin futbolçusu Rəşad Sadıqov yeni rekorda imza atıb
“Neftçi”nin futbolçusu Rəşad Sadıqov yeni rekorda imza atıb. İdman.com.az saytının məlumatına görə, yarımmüdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilən Gürcüstan “Zestafoni”si ilə cavab oyununda fərqlənməklə avrokuboklarda 6-cı qolunu vurub. Bununla da o, heç bir futbolçunun Azərbaycan klublarının heyətində bacarmadığına imza atıb. Belə ki, bu oyunadək 3 nəfər klublarımızda 5 qola imza atmışdı. Qollarını “Neftçi” və “Qarabağ”da vuran Rəşad artıq hər iki şərikini arxada qoyub.

Xəbər 968 dəfə oxundu.