“Qarabağ” hazırlıq dönəmində 3-cü yoxlama oyununu keçirib
Boluda hazırlığını davam etdirən “Qarabağ” hazırlıq dönəmində 3-cü yoxlama oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, Ağdam təmsilçisi Türkiyənin “Göztəpə” klubunu sınağa çəkib.

Oyuna itkilərlə - Miro Varvodic, Vaqif Cavadov və Hacı Əhmədovsuz çıxan Qurban Qurbanovun yetirmələri heç-heçə ediblər – 0:0.

Bu arada komandada baxışda olan Krist Mbondi da geri göndərilib.
bu xəbər 36 dəfə oxunub

Xəbər 1217 dəfə oxundu.