Devid Bekhem London Olimpiadasının açılış mərasimində iştirak edəcək
İngiltərə milli komandasının sabiq kapitanı Devid Bekhem London Olimpiadasının açılış mərasimində iştirak edəcək. İdman.com.az saytının məlumatına görə, bu haqda 37 yaşlı yarımmüdafiəçisinin özü məlumat verib. ABŞ-ın “Loc-Anceles Qelaksi” klubunda oynayan veteran oyunçu Böyük Britaniya yığmasının Olimpiadadakı futbol turnirinə yollanan heyətinə daxil edilməmişdi.

İndi Bekhem vətənindəki tarixi hadisədə fərqli ampluada iştirak edəcək: “Mən həqiqətən bu gözəl mərasimdə iştirak edəcəyəm. Mənə təqdim olunan rolla fəxr edirəm”.

Qeyd edək ki, Olimpiadanın açılış mərasimi iyulun 27-də keçiriləcək.

Xəbər 1360 dəfə oxundu.