Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları keçirilib
Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, Qafqaz təmsilçilərindən yalnız “Neftçi”ni mübarizəni davam etdirir. Belə ki, onun mübarizədən kənarlaşdırdığı Gürcüstanın “Zestafoni” klubu ilə yanaşı, Ermənistan “Uliss”i də turnirdən kənarda qalıb. Ümumiyyətlə, postsovet məkanı təmsilçilərindən Azərbaycan çempionu ilə yanaşı, Moldovanın “Şerif”, Litvanın “Ekranas” klubları mərhələ adlayıb. Ən böyük sensasiya isə “Düdelanj”ın növbəti mərhələ çıxmağı olub. Belə ki, “cırtdan ölkə”nin təmsilçisi Avropanın tanınmış klublarından olan Avstriyanın “Zalsburq” klubundan mübarizədən kənarlaşdırıb. Səfərdə 3:4 hesabı ilə uduzduğu oyunda 2 dəfə irəli çıxmağı bacaran lüksemburqlular rəqib meydanında vurduğu qol sayəsində istəyinə çatıb.

Xəbər 918 dəfə oxundu.