İqor Mitreski: "3:0 hesabı sayəsində böyük üstünlüyümüzün olduğunu deməliyəm”
“Rəqibə hörmətlə yanaşırıq. Buna baxmayaraq 3:0 hesabı sayəsində böyük üstünlüyümüzün olduğunu deməliyəm”. İdman.com.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun futbolçusu İqor Mitreski deyib.

Makedoniyalı müdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsinin “Zestafoni” ilə bu gün Gürcüstanda keçiriləcək cavab oyunu haqda fikirlərini açıqlayıb: “Biz əvvəldən də bilirdik ki, “Zestafoni” güclü komandadır. Bu qarşılaşmada hər 2 komanda tam qüvvəsi ilə oynayacaq. Azərbaycan Premyer Liqası ildən-ilə inkişaf edir. Çempionat 2-3 il əvvəlki kimi deyil. Komandalar da inkişaf edir, infrastruktur da yaxşılaşır. Nəticəsi də göz qabağındadır”.

Xəbər 1095 dəfə oxundu.