“Neftçi” klubunun sabiq futbolçusu karyerasını vətəni Braziliyada davam etdirəcək
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Denis Silva özünə yeni iş yeri tapıb. İdman.com.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi karyerasını vətəni Braziliyada davam etdirəcək. Denis Braziliya çempionatının B seriyasında çıxış edən “Qremio Barueri” klubuna keçib.

Qeyd edək ki, 2008-09-cu illərdə “Xəzər Lənkəran”da, 2010-12-ci illərdə “Neftçi”də çıxış edən Denis 2008-də “Birlik kuboku” və Azərbaycan kuboku, 2010/11 və 2011/12 mövsümlərində Azərbaycan çempionu adını qazanıb.

Xəbər 1068 dəfə oxundu.