Azərbaycan yığmasının London Olimpiadasında bayraqdarı rəsmən açıqlanıb
Azərbaycan yığmasının London Olimpiadasında bayraqdarı rəsmən açıqlanıb. İdman.com.az saytının məlumatına görə, bu, 4 il öncə Pekində keçirilən son Olimpiadasında qızıl medal qazanan cüdoçu Elnur Məmmədli olacaq. Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov olimpiya yığmamızın İngiltərə paytaxtına yola salınma mərasimində junalistlərə açıqlamasında deyib. O, idmançılarımızın iyulun 27-də start götürəcək Yay Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşdıqlarını bildirib: “Olimpiya yığmamızın üzvlərinin geyimlərində milli çalarlar əks olunub. İdmançılara yüksək səviyyədə hazırlıq keçdiklərindən, böyük ümidlərimiz var. İnanırıq ki, London Olimpiadasında böyük uğurlar qazanacağıq”.

Xəbər 919 dəfə oxundu.