“Qalatasaray” əsas futbolçularından olan braziliyalı Felipo Melonu saxlaya bilməyib
“Qalatasaray” əsas futbolçularından olan braziliyalı Felipo Melonu saxlaya bilməyib. İdman.com.az saytının məlumatına görə, komandanın əsas yarımmüdafiəçilərindən birini “Yuvenbtus”san birdəfəlik transfer etmək mümkün olmayıb. Ötən mövsümü “Cim Bom”da icarə əsasında keçirərək, uzun müddətdən sonra qazanılan çempionluqda böyük rolu olan legionerin transfer qiymətində razılaşmaq mümkün olmayıb.

Futbolçunun agenti Xose Rodriqes Baster “Qalatasaray”ın Melonun transfer qiyməti ilə bağlı yeni təklif irəli sürdüyünü bildirib: “Ancaq məbləğin əhəmiyyətli dərəcədə artırılmağına klub gedə bilməzdi. Buna görə də Melo baş məşqçi Fatih Terimə inad və səbrə görə minnətdarlıq etdi. Biz hesab edirik ki, Terim razılığın əldə olunmağı üçün ondan asılı olan hər şeyi etdi”.

Xəbər 950 dəfə oxundu.