Vətən Hüseynli: "Əsas arzum Londondan medalla qayıtmaqdır”
“London Olimpiadasına son hazırlıq məqsədilə İtaliyada təlim-məşq toplanışımız çox yüksək səviyyədə keçdi. Orada İtaliya və İrlandiya yığmaları ilə yaxşı hazırlıq keçdik”. İdman.com.az saytının mılumatına görə, bu fikiri Azərbaycan boks yığmasının üzvü Vətən Hüseynli deyib. London Olimpiadasında əsas medal ümidlərimizdən olan Vətən ona bəslənilən etimadı doğrultmağa çalışacaq: “İnşallah, hər şey bizim üçün uğurlu olar. Komandamızda psixoloji vəziyyət çox yüksək səviyyədədir. Əsas arzum Londondan medalla qayıtmaqdır”.
Apasport.az

Xəbər 1362 dəfə oxundu.