Nəriman Abdullayev: “London Olimpiadasına hazırlığımız yüksək səviyyədə keçib"
“London Olimpiadasına hazırlığımız yüksək səviyyədə keçib. Hazırda yığma komandamızda gözəl ab-hava hökm sürür”. İdman.com.az saytının məlumatına görə, bu fikirləri boks üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Nəriman Abdullayev deyib. Boksçularımız da digər olimpiyaçılarımız kimi, bu gün İngiltərənin paytaxtına Londona yollanır. İyulun 27-də orada start götürəcək Olimpiada idmançılarımız üçün ciddi sınaq olacaq.

Abdullayev məsul turnirə yüksək səviyyədə hazırlıq keçdiklərindən, yaxşı nəticə qazanacaqlarına inanır: “Olimpiadada boks döyüşlərinə 4-5 gün qalıb. Milli komandamızın hər bir üzvü döyüşə hazırdır. Yüksək səviyyədə hazırlıq keçdiyimizdən, ümidimiz böyükdür. Proqnoz vermək istəməzdim, ancaq yetirmələrinin uğurlu çıxışına ümid bəsləyirəm. İnanıram ki, London Olimpiadası boksçularımız üçün çox uğurlu alınacaq”.

Qeyd edək ki, Olimpiadada ölkəmiz 8 boksçu ilə təmsil olunacaq.
Apasport.az

Xəbər 1046 dəfə oxundu.