Almaniyanın "Grenke Bank" komandası şirkətlər arasında keçirilən ilk dünya çempionatının qalibi olub
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkil etdiyi şirkətlər arasında ilk onlayn dünya çempionatı başa çatıb.

Tarixdə ilk dəfə keçirilən dünya çempionatında Azərbaycandan SOCAR və “SOCAR AQŞ” şirkətlərinin komandaları iştirak ediblər. Komandalarımız mükafatçılar sırasına düşə bilməyiblər.

Yetmiş səkkiz ölkədən 288 komandanın iştirak etdiyi yarışda Almaniyanın "Grenke Bank" komandası qələbə qazanıb. Belə ki, komanda final qarşılaşmasında heyətində dünya reytinq sırlamasının dördüncüsü olan Yan Neponmyaşinin iştirak etdiyi Rusiyanın "Sberbank" klubunu üstələyib. Əslində, qalib komanda əvvəldən turnirin favoritlərindən sayılırdı. Buna səbəb komandanın tərkibində titullu şahmatçıların çoxluğudur. Reqlamenetə görə, hər bir komandaya kənardan yalnız bir peşəkar şahmatçı dəvət edilə bilərdi. "Grenke Bank"ın heyətində isə bankın özündə çalışan üç peşəkar şahmatçı var. Bunlar qrossmeyster Georq Mayer, qadınlar arasında qrossmeyster Xanna Mari Klek və qadınlar arasında beynəlxalq usta İnna Aqrestdir. Bundan əlavə, "Grenke Bank" klubu rusiyalı qrossmeyster Alina Kaşlinskayanı da bir peşəkar şahmatçı kimi heyətinə qatmışdı.

Xəbər 404 dəfə oxundu.