Yay Olimpiya Oyunlarında şəkilləri robotlar çəkəcəklər
İyulun 27-də Londonda start götürəcək Yay Olimpiya Oyunlarında şəkilləri robotlar çəkəcəklər. İdman.com.az saytının məlumatına görə, 11 avtomatlaşdırılmış kamera insanlar üçün əlçatmaz yerlərdə quraşdırılacaq. Onlar üçün stolüstü tennis, boks, taekvando, cüdo, güləş, qılıncoynatma və ağır atletika müəyyənləşdirilib. Kameraların köməyi ilə həmçinin üzgüçülük, basketbol, gimnastika və yüngül atletika yarışlarından da kadrlara baxmaq mümkün olacaq.

Xəbər 932 dəfə oxundu.