“Qəbələ”nin yoxlama görüşləri çərçivəsində qarşılaşacağı 4-cü rəqibin adı müəyyənləşib
Sloveniyada təlim-məşq prosesini davam etdirən “Qəbələ”nin yoxlama görüşləri çərçivəsində qarşılaşacağı 4-cü rəqibin adı müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, Fatih Kavlakın yetirmələri iyulun 23-də Serbiya təmsilçisi “Borça” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Qeyd edək ki, paytaxt Belqradı təmsil edən klubun əsası 1937-ci ildə qoyulub. Komanda Serbiya Superliqasında mübarizə aparır.

Xəbər 1026 dəfə oxundu.