“Neftçi” - “Zestafoni” matçı qazaxıstanlı hakimə tapşırıldı
“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan çempionu “Zestafoni” ilə keçirəcəyi cavab matçının baş hakimi müəyyənləşib. İdman.com.az saytı xəbər verir ki, David Abaşidze adına stadionda baş tutacaq qarşılaşmanı qazaxıstanlı referi Artyom Kuçin idarə edəcək. İyulun 24-də keçiriləcək “Zestafoni” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Xəbər 1070 dəfə oxundu.