“Sumqayıt” da Türkiyədə səfərdədir
Unibank Premyer Liqasının yeni mövsümünə hazırlaşan “Sumqayıt” komandasının üzvləri təlim-məşq toplanışında iştirak etmək üçün Türkiyədə səfərdədirlər. İdman.com.az saytının məlumatına görə, komanda Nevşəhərdəki “Avrasiya” otelinin meydançasında ilk məşqini keçirib. Kollektivdə zədəli futbolçu yoxdur.

Klubundan yayılan xəbərdə bildirblər ki, “göy-ağlar” daha bir futbolçunu heyətinə qatıb. Ötən mövsümü “İnter”in heyətində keçirmiş 1992-ci il təvəllüdlü qapıçı Anar Məhərrəmov ilə ilkin razılıq əldə olunub. Hazırda komandanın heyətində təlim-məşq toplanışında olan qolkiper ölkəyə qayıtdıqdan sonra rəsmi müqaviləyə imza atacaq.

“Sumqayıt” klubu Türkiyədə üç yoxlama oyununda qüvvəsini sınayacaq. Baş məşqçi Bernard Raab futbolçularını Bank Asiya birinci liqasından olan rəqiblərlə görüşəcək. Komanda iyulun 24-də “Kayseri Ərciyəsspor”, iyulun 26-da “Ankaragücü”, iyulun 28-də isə “1461-Trabzon” kollektivləri ilə qarşılaşacaq.

Xəbər 965 dəfə oxundu.