Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı | |
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illiyi münasibətilə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar müəllim” Adıgözəlova Vəfa Alman qızı Ağayeva Validə Eldar qızı Bağırova Rəfiqə Məzahir qızı Əhmədova Lalə Yaşar qızı Heydərov Nemət Əliməmməd oğlu Xəlilov Rəhim Həsən oğlu İbrahimli Arif Məmmədqulu oğlu Qurbanov Oqtay Hüseyn oğlu “Əməkdar bədən tərbiyəsi və idman xadimi” Bağırov Soltan Sədrəddin oğlu Cəfərov Qəmbər Məhərrəm oğlu Əliyev İlqar Səfəralı oğlu Məcidov Nazim Böyük-Ağa oğlu Rüstəmov Bəxtiyar Əyyub oğlu. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 11 fevral 2021-ci il. |
|
Xəbər 531 dəfə oxundu. |
|
|