“Opera Euro Rapid”: Teymur Rəcəbov yarımfinalda Uesli So ilə qarşılaşacaq
Fevralın 11-də Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyasının “Opera Euro Rapid” adlı üçüncü mərhələsinin yarımfinalında mübarizə aparacaq.

34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq. Digər görüşündə norveçli Maqnus Karlsen fransalı Maksim Vaşye-Laqrav ilə görüşəcək.

Bu mərhələ iki gün ərzində keçirilən iki matçdan ibarətdir. Hər matçda dörd partiya oynanılır. İki günün nəticəsi heç-heçə olarsa, qalib tay-breykdə müəyyənləşəcək.

Qeyd edək ki, şahmatçımız dörddəbir finalda Niderland təmsilçisi Aniş Girini məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.

Xəbər 471 dəfə oxundu.