Növbəti rəqib “Rad”dır
Sloveniyada təlim-məşqləri davam etdirən “Qəbələ”nin yoxlama görüşləri çərçivəsində qarşılaşacağı üçüncü rəqibin adı müəyyənləşib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda iyulun 21-də Serbiya təmsilçisi “Rad” (Belqrad) ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Qeyd edək ki, Paytaxt Belqradı təmsil edən klubun əsası 1958-ci ildə qoyulub. Komanda Serbiya Superliqasında mübarizə aparır.

Xəbər 1004 dəfə oxundu.