Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq
Bu gün Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin püşkü atılacaq. İdman.com.az saytının məlumatına görə, Bakı vaxtilə saat 15:00-da başlayacaq tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək. Bununla da turnirdə yeganə təmsilçimiz olan “Neftçi”nin rəqibi müəyyənləşəcək. Hər halda, evdə Gürcüstanın “Zestafoni” klubuna evdə 3:0 hesabı ilə qalib gələndən sonra III mərhələyə keçmək vəzifəsini demək olar həll edən çempionumuzun növbəti rəqibinin kim olacağı maraqla gözlənilir.

Artıq çempionumuzun rəqibləri konkretləşdirilib. Bunlar arasında “Seltik”lə yanaşı, “Flora” (Estoniya) - “Bazel” (İsveçrə), “Ludoqorets” (Bolqarıstan) - “Dinamo” (Xorvatiya), “Valletta” (Malta) - “Partizan” (Serbiya), “Jilina” (Slovakiya) - “Hapoel” (Kiryat, İsrail) cütünün qalibi olacaq ki, bunlar arasında ən münasibi sonuncu sayılmalıdır.


Çempionlar

Səpələnmişlər
“Flora” (Estoniya) - “Bazel” (İsveçrə) cütünün qalibi
“Anderlext” (Belçika)
“Seltik” (Şotlandiya)
BATE (Belarus) - “Vardar” (Makedoniya) cütünün qalibi
“Dudelanj” (Lüksemburq) - “Zalsburq” (Avstriya) cütünün qalibi
“Ludoqorets” (Bolqarıstan) - “Dinamo” (Xorvatiya) cütünün qalibi
ÇFR (Rumıniya)
“Jilina” (Slovakiya) - “Hapoel” (Kiryat, İsrail) cütünün qalibi
“Valletta” (Malta) - “Partizan” (Serbiya) cütünün qalibi
TNS (Uels) - “Helsinqborq” (İsveç) cütünün qalibi

Səpələnməmişlər
“Uliss” (Ermənistan) - “Şerif” (Moldova) cütünün qalibi
“Skenderbeu” (Albaniya) – “Debretsen” (Macarıstan) cütünün qalibi
“Maribor” (Sloveniya) - “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi
“Molde” (Norveç) - “Ventspils” (Latviya) cütünün qalibi
“Slovan” (Çexiya) - “Şaxtyor” (Qazaxıstan) cütünün qalibi
“Buduçnost” (Çernoqoriya) - “Şlask” (Polşa) cütünün qalibi
HİK (Finlandiya) - “Reykyavik” (İslandiya) cütünün qalibi
AEL (Kipr) - “Linfild” (Şimali İrlandiya) cütünün qalibi
“Şemrok Rovers” (İrlandiya) - “Ekranas” (Litva) cütünün qalibi
“Neftçi” (Azərbaycan) - “Zestafoni” (Gürcüstan) cütünün qalibi

Qeyri-çempionlar

Səpələnmişlər
“Dinamo” (Ukrayna)
“Panatinaikos” (Yunanıstan)
“Kopenhagen” (Danimarka)
“Fənərbaxça” (Türkiyə)

Səpələnməmişlər
“Brügge” (Belçika)
“Vaslui” (Rumıniya)
“Feyenoord” (Hollandiya)
“Mozervell” (Şotlandiya)

Xəbər 1037 dəfə oxundu.