Branimir Subaşiç avrokuboklarda 4-cü qolunu vurub
“Xəzər Lənkəran”ın futbolçusu Branimir Subaşiç avrokuboklarda 4-cü qolunu vurub. İdman.com.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsinin Polşa “Lex”i ilə ev oyununda hesabı açan milliləşən serbiyalı klubunda 3-cü dəfə fərqlənib. Hələ “Neftçi”də oynadığı vaxt da fərqlənən Branimir ümumilikdə klublarımız üçün 4 qol vurub. Bu isə Avropada ən çox fərqlənən futbolçularımızın yalnız 3-dən azdır. Hazırda Branimir 4-cü yerə şərik olmaqla liderlərdən 1 qol geri qalır.

Xəbər 957 dəfə oxundu.