“Xəzər Lənkəran” – “Lex” oyununun statistik göstəriciləri açıqlanıb
Avropa Liqasının II təsnifat mərhələsində keçirilən “Xəzər Lənkəran” – “Lex” oyununun statistik göstəriciləri açıqlanıb. İdman.com.az saytının məlumatına görə, Azərbaycan və Polşa təmsilçilərinin oyununda lənkəranlılar daha üstün olub. 1:1 hesabı ilə bitən qarşılaşmada cənublular həm qapı istiqamətində, həm çərçivəyə zərbələrdə, həm də künc zərbələrində güclü olub. Maraqlıdır ki, Yunis Hüseynovun yetirmələri “Nomme Kalyu” ilə Estoniyadakı oyunda olduğu kimi yenə ofsayda düşməyib.

Xəbər 979 dəfə oxundu.