“Simurq” klubunun rəhbərliyi komandanın məşqlərini izləyib
Növbəti mövsümə hazırlıqları Avstriyada davam etdirən “Simurq” klubunun rəhbərliyi komandanın məşqlərini izləyib. İdman.com.az saytının məlumatına görə, Zaqatala təmsilçisinin prezidenti Anar Bəkirov və vitse-prezidenti Aydın Rzayev komandanın hazırlıq durumu ilə tanış olub, baş məşqçi Georgi Çixradze ilə müzakirələr aparıb.

Qeyd edək ki, klub rəhbərliyi bu gün “Dinamo Drezden”lə keçiriləcək yoxlama görüşündə də “Simurq”u yalnız buraxmayacaq.
simurqpfk.az

Xəbər 922 dəfə oxundu.