“Mançester Yunayted” klubu İqalo Odion ilə vidalaşıb
“Mançester Yunayted” klubu nigeriyalı futbolçusu İqalo Odion ilə vidalaşıb.

31 yaşlı forvard aid olduğu “Şanxay Qrinlend” klubuna qayıdıb. Bu barədə “qırmızı şeytanlar”ın rəsmi “Twitter” hesabı məlumat yayıb.

Qeyd edək ki, İqalo “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında icarə əsasında keçib. O, kub tarixinin ilk nigeriyalı futbolçusu olub.

Xəbər 494 dəfə oxundu.