“Qarabağ” növbəti yoxlama oyununu keçirib
Qızılcahamamda təlim-məşq toplanışını davam etdirən “Qarabağ” növbəti yoxlama oyununu keçirib. Idman.com.az saytının məlumatına görə, Ağdam təmsilçisi Türkiyənin “Tavşanlı Linyitspor” klubu ilə qarşılaşıb.

Görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın heyətində Bəxtiyar Soltanov fərqlənib.

Qeyd edək ki, ağdamlılar bundan öncə İranın “Zob Ahan” və “Traktorsazi” klublarına da 1:0 hesabı ilə qalib gəlmişdilər.
Apasport.az



Xəbər 893 dəfə oxundu.