“İnter” qələbəni əldən verdi
Bu gün “İnter” Avroliqada ardıcıl 3-cü qələbəsini qazanmağa çalışıb. İdman.com.az saytının məlumatına görə, I təsnifat mərhələsində Estoniyanın “Trans” klubuna səfərdə 5:0, evdə 2:0 hesabı ilə qalib gələn “bankçılar” bu dəfə Yunanıstanda son mövsümü 6-cı yerdə başa vuran “Asteras”la üz-üzə gəlib.

Tripoli təmsilçisi avrokuboklarda debütünü məhz ölkəmizdə reallaşdırıb. Hələ ki qapısından top da buraxmayan “İnter”in mərhələ keçmək şansı yüksək qiymətləndirilirdi. Bunun üçün evdə qələbəyə yaxın olan “ağlar”ın istəyi öz kobud səhvi nəticəsində baş tutmatıb.

Avroliqa, II təsnifat mərhələsi
İlk oyun
19 iyul

21:00. “İnter” (Azərbaycan) – “Asteras” (Yunanıstan) - 1:1
Qol: Şütz. 46, Perroni, 54
Baş hakim: Lars Kristoferson (Danimarka)
Bakı. “Dalğa Arena” stadionu

Xəbər 967 dəfə oxundu.