London-2012: Məşəli kraliça da gördü
Olimpiya məşəli Britaniya kraliçası əlahəzrət 2-ci Elizabetin də sarayına gəlib çıxdı. İdman.com.az saytının məlumatına görə, həmin gün yağış leysan kimi tökürdü. Məşəli Uindzor qəsrinə çatdıran 74 yaşlı Cina Makqreqor saraya daxil olanda, təpədən dırnağa qədər islanmışdı. Kraliça və onun əri Edinburq hersoqu ilə söhbət əsnasında onun «Səhər daha yaxşı görünürdüm» deyə ingilissayağı zarafatı bura toplaşanlara xoş gəldi. Mərasimə ingilis məktəbliləri də qatılmışdılar.

Onlar məşəlin kağızdan nümunələrini hazırlamışdılar. Kraliça bütün mərasim boyu yalnız məşəlin texniki təchizatı ilə maraqlanırdı. O, məşəlin necə alovlandırıldığını, atəşi hansı müddətə qədər saxladığını soruşur, onun materialı barədə suallar verirdi. Nəhayət, burada daha bir məşəl alovlandırıldı və o, 12 yaşlı Fil Uelsə həvalə olundu. Bu prosesi diqqətlə izləyən kraliça özü məşələ yaxınlaşıb onu xeyli süzdü.

Xəbər 1179 dəfə oxundu.