Bojidar Bandoviç “Bakı”da
Avropa Liqasındakı uğursuzluq “Bakı” klubunun baş məşqçisi postunda dəyişikliyə səbəb olub. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, klubdaxili iclasdan sonra prezident Hafiz Məmmədovun qərarı ilə Novruz Əzimov bu vəzifədən kənarlaşdırılıb.

Onun yerini çernoqoriyalı mütəxəssis Bojidar Bandoviç tutacaq. Mövsüm bitəndən sonra “Bakı”ya cəlb olunan “Olimpiakos”un sabiq çalışdırıcısı idman-direktoru postunu tuturdu və indi Əzimov bu vəzifəni daşıyacaq.

Xəbər 953 dəfə oxundu.