London-2012: Açılışın daha bir sirri
Denni Boyl açılış mərasimində daha bir mərasimin sirrini açıb. O, Britaniyanın mürəkkəb tarixinə səyahət təşkil edəcək və səhnənin adı «Möcüzələr adası» olacaq. Tamaşaçılar Karib hövzəsindən 1948-ci ilin ilk insan axınını əyani müşahidə edəcək, qadınların öz hüquqları uğrunda mübarizəsini görəcək, 1936-cı ildə zəhmətkeşlərin aclıq, səfalət və işçizliyə qarşı etirazlarının şahidi olacaqlar. Bu mərasimin musiqi müşayiəti də diqqəti çəkir. Min barabançı, «Andəuorld» rəqs qrupunun ifası klassik musiqidən müasirlik elementlərinə keçid zövq oxşayacaq. Onun zirvə anı olimpiya halqalarının stadiona gətirilməsi olacaq.

İdman.com.az saytının məlumatına görə, 42 milyon dollarlıq şouda süni yağış, Britaniya çəmənlikləri, Qlastonberri musiqi festivalının məşhur nümunələrindən istifadə olunacaq. Mərasimi başa vuracaq əfsanə Pol Makkartni isə «Hey Cyud» kompozisiyasını səsləndirəcək. O, əsəri 1968-ci ildə Con Lennonla birgə düşünüb və Conun oğl Culiana həsr olunub. Ümumən açılış və bağlanış mərasimləri də daxil olmaqla bütün mədəni hadisələr üçün 62 bəstəkarın yaradıcılığından istifadə olunub.

Xəbər 1295 dəfə oxundu.