“Xəzər Lənkəran”ın heyətində çiçəklənmə dövründə olan futbolçular var
“Xəzər Lənkəran”ın heyətində çiçəklənmə dövründə olan futbolçular var. Onlar hazırda komandamın yaxşı nəticəsini müəyyənləşdirir”. İdman.com.az saytının məlumatına görə, bu fikirləri Polşanın “Lex” klubunun məşqçisi Yatsek Terpilovski deyib. Komandada təhlil işləri cavabdeh olan mütəxəssis Avroliqanın II təsnifat mərhələsində rəqibi olan “Xəzər Lənkəran”ı yaxşıca öyrənib.

Polşalı Lənkəran klubunun heyətini dəyərləndirib: “Komandada əsasını beynəlxalq səviyyədə təcrübəsi olan futbolçular təşkil edir. Start heyətində adətən 5-6 legioner yer alır. Onlar ötən illərdə Avropanın yaxşı klublarında oynayıb. Bunlardan vaxtilə “Roma”da oynamış rumıniyalı Adrian Piti qeyd edə bilərəm. “Xəzər Lənkəran”ın müdafiə xəttində ölkəsinin futbolçularının yer almağı layiq görülüb”.

Xəbər 910 dəfə oxundu.