London-2012-nin açılış mərasimində dəyişiklik baş verib
İyulun 27-də start götürəcək London Yay Olimpiya Oyunlarının açılış mərasiminin proqramında dəyişiklik baş verib. İdman.om.az saytının məlumatına görə, Olimpiadanın təşkilatçıları yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 01:00) başlayacaq mərasimin vaxtını 30 dəqiqə azaldıblar. Buna səbəb qonaqların ictimai nəqliyyatda çətinliklərlə üzləşə biləcəyi ilə bağlı yaranan narahatlıqdır. Belə ki, açılış mərasiminin olacağı arenada keçirilən məşq proqramın planlaşdırıldığından daha artıq davam etdiyini göstərib. Sonda təşkilatçılar proqramdan velosiped şousunu çıxarmaqla onu azaldıblar.

Qeyd edək ki, hesablamalara görə Olimpiya və Paralimpiya Oyunlarının açılış və bağlanış mərasimlərində 20 minə qədər insan iştirak edəcək. Şouda 23 min geyim və kostyumlardan istifadə olunacaq. Həmçinin 62 bəstəkarın yazdığı musiqilər 12 saat səslənəcək.

Xəbər 868 dəfə oxundu.