“Azərbaycanda yollar Qazaxıstandan qat-qat yaxşıdır”
“Lex” klubu Azərbaycana səfərinin Qazaxıstanla müqayisədə daha rahat olacağına inanır. İdman.com.az saytının məlumatına görə, polşalılar Avroliqanın I təsnifat mərhələsində rəqibi olan “Jetısu” ilə oyuna yollanarkən uzaq yol qət etməli olaraq, əsas problemlə nəqliyyatla bağlı olub. “Lex”in müdafiəçisi Hubert Vokalieviç ölkəmizdə belə çətinliklərlə üzləşməyəcəklərinə inanır: “Bu dəfə səfərimiz başqa cür olmalıdır. Komandamızın rəisi bizə söz verdi ki, Azərbaycanda yollar Qazaxıstandan qat-qat yaxşıdır. Ümid edirik ki, bu, öz yerində təsdiqini tapacaq”.

Xəbər 925 dəfə oxundu.