“Keşlə” klubu ukraynalı futbolçu ilə yollarını ayırıb
Bakının “Keşlə” klubu futbolçusu Dmitro Klotsla yollarını ayırıb.

Mövsümün əvvəlində komandaya qoşulan 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Keşlə” ukraynalı oyunçuya göstərdiyi xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, D.Klots Azərbaycan Premyer Liqasında 13 oyuna 1 qol vurub.

Xəbər 586 dəfə oxundu.