London-2012: Kanat yol hazırdır
London ziyarətçilərin rahatlığını təmin etmək üçün müxtəlif layihələri tamamlamaqdadır. İdman.com.az saytının məlumatına görə, son işlərdən biri Temza çayı üzərindən aşırılmış «Emireyt Eyr Layn» (Əmiratlıq Hava Yolu) kanat yoludur. Şəhər rəhbərliyinin nəqliyyatla bağlı «yaşıl» taksilər «KlaymtKarz», «günəşli» «Bləkfayəz Bric» istifadəyə verdiyini də qeyd etmək yerinə düşər.

Kanat yol möhkəm burazlardan asılı vəziyyətdə hərəkət edən sərnişin kabinələrindən ibarətdir. Bu yenilik sərmayəçisinə 60 milyon funta başa gəlib. Uzunluğu 1 kilometrə qədərdir. O, «O2 Arena»dan başlayaraq, Temza çayı üzərindən keçməklə «İksSeL» sərgi salonuna qədər uzanır. Gün ərzində hər saat kanat yoldan 2,5 milyon insan istifadə edə bilər.

Bu, 50-dək marşrut avtobusundan daha səmərəli vasitə olmaqla yanaşı, tıxac probleminin həllində də optimal qərarlardan biridir. Gediş haqqı böyüklər üçün 4,5 funtdur. «Oyster» kartından istifadə edənlərə 3,2 funtdur.

Xəbər 1342 dəfə oxundu.