Vaqif Sadıqov baxışda olan bir futbolçudan imtina edib
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov baxışda olan bir futbolçudan imtina edib. İdman.com.az saytının məlumatına görə, baş məşqçi hücumçu Kim Sun Yunu bəyənməyib.
Sadıqov koreyalı forvardı dünən Səudiyyə Ərəbistanın “Najran” klubu ilə yoxlama oyununda (1:0) sınayıb. Amma onun səviyyəsi baş məşqçini qane etməyib.
Hücumçu axtarışlarını davam etdirən AZAL hazırda Litva və Şotlandiyadan olan forvardları sınayır.

Xəbər 930 dəfə oxundu.