“Şaxtyor” “Çelsi”yə rədd cavabı verib
“Çelsi” Marko Marin, Eden Hazard və Oskardan sonra gözünü “Şaxtyor”un ulduzu Villiana dikib. İdman.com.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi bu futbolçu üçün Ukrayna klubuna 27 milyon funt-sterlinq təklif edib.
Lakin “Şaxtyor” “Çelsi”yə rədd cavabı verib. Donetsk təmsilçisinin cavabından qane olmayan londonlular yeni təlkiflə onlara müraciət etməyə haırlaşır.
Bununla bağlı açıqlama verən “Şaxtyor”un baş məşqçisi Mirça Luçesku Villianın komandadan getməsinin mümkün olduğunu bildirib: “Çelsi”nin təklifi ilə bağlı həm klub prezidenti, həm də Villianla görüşdüm. Prezidentə onun komandadan ayrıla biləcəyini dedim. Tək şərtim doğru təklifin gəlməsidi”.
Luçe “Çelsi”yə “təklifin dəyərini yüksəltin” mesajını verib: “Onlar Hazard üçün böyük pullar ödəilər. Amma bu pulu Villian üçün ödəmək istəmirlər. Məncə o, daha önəmli oyunçudu”.
Qeyd edək ki, Villian 2007-ci ildə “Korintians”dan alınan 23 yaşlı Villian 126 oyunda və 18 qol vurub. Bu müddətdə 3 dəfə Ukrayna çempionu olub, 2 dəfə ölkə kubokunu, 2 dəfə Super Kubokunu və 1 dəfə UEFA Kubokunu qazanıb. Villian 2011-c ildən sonra iki dəfə Braziliya A millisinə dəvət alıb.

Xəbər 1066 dəfə oxundu.