Məşhur azərbaycanlı futbolçu vəfat etdi
"Neftçi" klubunun sabiq futbolçusu Rafiq Əlizadə dünyasını dəyişib.

Bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, keçmiş hücumçu 72 yaşında Rusiyanın paytaxtı Moskvada qəflətən vəfat edib. O.Abdullayev Futbol Veteranları İttifaqı adından R.Əlizadənin ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Rafiq Əlizadə 1966 - 1972 və 1976 - 1982-ci illərdə "Neftçi"nin formasını geyinib.

Xəbər 403 dəfə oxundu.