Ali Yavaş yenidən yenidən “Qalatasaray”a dönür
Dünən Qəbələ Futbol Akademiyasının direktoru vəzifəsindən istefa verən Ali Yavaşla bağlı yeni xəbərlər yayılıb. İdman.com saytının məlumatına görə, türk mütəxəssis yenidən “Qalatasaray”a dönür.
Məlumatda bildirilir ki, uzun illər “Qalatasaray”da futbol oynamış və futbol akademiyasına rəhbərlik etdiyiş Ali Yavaş yenidən bu vəzifədə çalışacaq.
Qeyd edək ki, 2008-ci ildə “Qalatasaray”ın o vaxtkı prezidenti Adnan Polatla fikir ayrılıqları üzündən istefa vermişdi. Hazırkı preztident Ünal Aysal vəzifəyə gəlməzdən öncə onu yenidən “Qalatasaray”ya qaytaracağını bildirsə də, sonradan bu dönüş baş tutmamışdı. “Qalatasaray” bir müddət əvvəl “Türk Telekom Arena”da “Qalatasaray” əfsanələrini anıyor” kampaniyasın Ali Yavaşı anmışdı.
Türk mütəxəssis “Qəbələ”dən istefasını belə əsaslandırıb: “Mən klubdan ayrılmaq məcburiyyətindəyəm. Mənim üçün nə qədər çətin olsa da, artıq Türkiyəyə qayıtmağın vaxtı çatdığını düşünürəm. Ailəvi problemlərim ucbatından çox sevdiyim Qəbələ və Azərbaycandan ayrılmalı oldum”.

Xəbər 931 dəfə oxundu.