Çempionlar Liqasının II təsnifat mərhələsinə start verilib
Çempionlar Liqasının II təsnifat mərhələsinə start verilib. İdman.com.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 11 oyun baş tutub.

Meydan sahibləri 7 oyunda qalib gəlib. Qonaqlar isə yalnız 2 görüşdə sevinib. Cəmi 2 komanda böyükhesablı qələbəyə sevinib ki, onlardan birinə Azərbaycan çempionu “Neftçi” imza atıb.

Ən asan qələbəni isə Finlandiya təmsilçisi HİK əldə edib. Skandinaviyalılar İslandiya çempionunu meydana çıxmağa peşman etməklə günün ən böyükhesablı qələbəsinə imza atıb.

Günün sensasiyası isə Lüksemburqda qeydə alınıb. “Düdelanj” Avstriya çempionunu məğlub edib – 1:0.

II təsnifat mərhələsi

“Neftçi” (Azərbaycan) - “Zestafoni” (Gürcüstan) – 3:0
“Skenderbeu” (Albaniya) – “Debretsen” (Macarıstan) – 1:0
“Jilina” (Slovakiya) - “Hapoel” (Kiryat, İsrail) – 1:0
“Şemrok Rovers” (İrlandiya) - “Ekranas” (Litva) – 0:0
“Flora” (Estoniya) - “Bazel” (İsveçrə) – 0:2
TNS (Uels) - “Helsinqborq” (İsveç) – 0:0
HİK (Finlandiya) - “Reykyavik” (İslandiya) – 7:0
“Dudelanj” (Lüksemburq) - “Zalsburq” (Avstriya) – 1:0
“Slovan” (Çexiya) - “Şaxtyor” (Qazaxıstan) – 1:0
“Uliss” (Ermənistan) - “Şerif” (Moldova) – 0:1
“Valletta” (Malta) - “Partizan” (Serbiya) – 1:0

Xəbər 1039 dəfə oxundu.