Azərbaycan Premyer Liqası 122 ölkə arasında 111-ci yerdə gedir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü çempionatlarının reytinq siyahısını açıqlayıb. İdman.com.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqası 122 ölkə arasında 111-ci yerdə gedir. Bundan əvvəlki reytinqdə 93-cü olan çempionatımız 18 pillə geriləyib. 81,5 xalı olan Premyer Liqamızı Fici, Hindistan, Yeni Zelandiya, Muanmar kimi zəif çempionatlardan geridədir.

Qeyd edək ki, İspaniya Primerosu 761 xalla 1-ci yerdədir. Onun ən yaxın izləyiciləri 613 xalla Argentina və 590 xalla Braziliya çempionatlarıdır.

Xəbər 1042 dəfə oxundu.