Stolüstü tennisçilərimiz Volqoqrada yollandılar

Azərbaycanın stolüstü tennis üzrə yığma komandası Rusiyanın Volqoqrad vilayətinin Voljsk şəhərində Qələbə gününə həsr edimiş təlim-məşq toplanışında və açıq turnirdə iştirak edəcək.
Bu məqsədlə aprelin 7-də Volqoqrada yola düşən komandaya baş məşqçi A.Zudov 10 nəfər (5 qız və 5 oğlan) idmançı cəlb edib.
Aprelin 9-dan 20-dək keçiriləcək idman tədbirində Voljsk şəhəri UGİM-in ali liqası, Dağıstanın və Azərbaycanın yığma komandaları mübarizə aparacaq.
Yarışlarda 1990-cı il təvəllüdlü və daha böyük yaşlı, 1992-1994-cü il təvəllüdlü və 1995-ci il təvəllüdlü və daha kiçik yaşlı yeniyetmə oğlan və qızlar iştirak edəcəklər.


Xəbər 1356 dəfə oxundu.