Dünya Güləş Birliyi 2021-ci ilin yarış təqviminə dəyişikliklər edib | |
Dünya Güləş Birliyi (UWW) 2021-ci ilin yarış təqviminə dəyişikliklər edib. Buna səbəb pandemiyanın daha da güclənməsidir. Daha əvvəl yanvarda keçirilməsi planlaşdırılan Matteo Pellikone turniri mart ayına təxirə salınıb. Reytinq xarakterli yarış martın 4-dən 7-dək İtaliyanın paytaxtı Romada keçiriləcək. Fevralda təşkili nəzərdə tutulan Avropa çempionatı isə apreldə baş tutacaq. Aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada qitənin ən güclü güləşçiləri müəyyənləşəcək. Varşavada reytinq xarakterli turnir də keçiriləcək. Bu yarış isə iyunun 8-13-də təşkil olunacaq. Gələn ilin ilk lisenziya yarışı sayılan Avropa Olimpiya Təsnifat turniri öz vaxtında – martın 18-21-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Ancaq Dünya Olimpiya Təsnifat turniri daha əvvəl açıqlanan tarixdən bir həftə sonra baş tutacaq. Belə ki, Olimpiadaya son lisenziyaların veriləcəyi yarış mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada reallaşacaq. Qeyd edək ki, gələn ilin ilk beynəlxalq yarışları yanvarın ortalarında Fransa (Nitsa) və Xorvatiyada (Zaqreb) keçiriləcək Qran-Pri turnirləri olacaq. |
|
Xəbər 418 dəfə oxundu. |
|
|