“Çoxları bizi favorit saysa da, hesab edirəm ki, asan olmayacaq”
. “Bu, mənim Azərbaycana 3-cü səfərim olacaq. İlk dəfə ora “Xəzər Lənkəran”la oyuna getmişdim”. İdman.com.az saytının məlumatına görə, bu fikriləri Polşanın “Lex” klubunun qapıçısı Kristof Katarovski deyib. Poznan təmsilçisi Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”a rəqib olaraq, ilk oyununu iyulun 19-da Lənkəranda keçirəcək.

Bunadək “Xəzər Lənkəran”la UEFA, “İnter”lə Çempionlar Liqasında Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxan polşalı qapıçı həm keçmişi xatırlayıb, həm də qarşıdakı sınaq haqda fikrilərini açıqlayıb: “”Xəzər Lənkəran”la ilk dəfə oynadığımız zamanı mərhələni asan keçmişdik. Ancaq “İnter”lə 2010-cu ildə Poznanda keçirilən matçı indiyə kimi unutmamışam. Biz rəqibi oyun sonrası penaltilərdə yenib, mərhələ adlaya bildik. “Xəzər Lənkəran”la bunadək 4 il öncə oynamışdıq. Fikrimcə, bu müddətdə Lənkəran komandası dəyişilib. Üstəlik, bu dəfə biz Bakıda yox, Lənkəranda oynayacağıq. Matça ciddi hazırlaşırıq. Hərçənd çoxları bizi favorit saysa da, hesab edirəm ki, asan olmayacaq”.

Xəbər 911 dəfə oxundu.