Formula 1-in cari mövsümündə 5 pilot fərqlənməyi bacarıb
Formula 1 üzrə dünya çempionatının cari mövsümündə 5 pilot mərhələlərdə qalib olmağı bacarıb.

“Mercedes”in pilotu yeddiqat dünya çempionu Luis Hamilton 11, onun komanda yoldaşı Valtteri Bottas və “Red Bull Racing”in üzvü Maks Ferstappen 2, “AlphaTauri”nin sürücüsü Pyer Qasli və “Racing Point”dən Serxio Peres hərəyə bir dəfə fərqləniblər.

2020-ci il mövsümündə 4 komanda mərhələlərdə fərqlənib. Belə ki, “Mercedes”in hesabında 13 qələbə var. “Red Bull Racing” 2, “AlphaTauri” və “Racing Point” isə 1 dəfə fərqlənməyi bacarıblar.

Qeyd edək ki, “Ferrari” komandası 2016-cı ildən bəri ilk dəfədir çempionatı medalsız başa vurub.

Xəbər 408 dəfə oxundu.