Azərbaycan Superkubokunun keçiriləcəyi vaxt müəyyənləşib
Azərbaycan Superkubokunun keçiriləcəyi vaxt müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, ölkə çempionu ilə kubokunun sahibi arasında matç 2013/14 mövsümü Avroliqanın I təsnifat mərhələsinin başlanmasına 1 həftə qalmış keçiriləcək. Bununla əlaqədar qərar qəbul edən Peşəkar Futbol Liqası onu növbəti mövsümün təqviminə daxil edərək, rəsmən açıqlayıb. Avroliqada növbəti mövsümün iyunun sonu-iyulun əvvəlində start götürəcəyini nəzərə alsaq, Superkubok matçı iyunun son 10 günlüyündə olacaq.

Qeyd edək ki, sonuncu dəfə 1995-ci ildə keçirilən Azərbaycan Superkuboku indiyə kimi 3 dəfə olub. Bu oyunlardan 2-si keçirilib və qalib “Neftçi” olub. 1993-cü ildə isə “Qarabağ” həm çempion, həm də kubokun qalibi olduğundan, avtomatik Superkuboka sahib çıxıb.
bu xəbər 30 dəfə oxunub

Xəbər 964 dəfə oxundu.