Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək
Bu gün Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək. İdman.com.az saytının məlumatına görə, ölkəmizin Avropanın ən nüfuzlu turnirində ilk və hazırda yeganə təmsilçisi olan “Neftçi” növbəti mövsümə start verəcək. Çempion da digər klublarımız kimi ilk matçını evdə keçirəcək.

Gürcüstanın “Zestafoni” klubu ilə matç həm bu rəqiblə, həm də “Dalğa Arena”da ÇL-də ilk oyunumuz olacaq. Mövsüm bitəndən sonra heyətində böyük dəyişiklər baş verən “Neftçi”yə ötən mövsüm güclü komanda – sonradan qrup mərhələsinə kimi irəliləyən Zaqreb “Dinamo”su düşmüşdüsə, bu dəfə rəqib münasibdir. Sözsüz ki, bu, 3-cü mərhələyə çıxmaq şansını artırır və ev matçında nəticədən çox şey asılı olacaq. “Neftçi” inamlı qələbə qazanarsa, 1 həftə sonra Gürcüstandakı cavab matçına rahat yollana biləcək.

Çempionlar Liqası, II təsnifat mərhələsi
İlk oyun

17 iyul

21:00. “NEFTÇİ” (AZƏRBAYCAN) – “ZESTAFONİ” (GÜRCÜSTAN)
Baş hakim: İonut Mariuş Avram
Baş hakimin köməkçiləri: Mikloş İştvan Nagy, Sebastyan Eugen George
Dördüncü hakim: Draqoş İstrate (hamısı Rumıniya)
Hakim-inspektor: Viktor Mintoff (Malta)
Bakı: “Dalğa Arena”

Xəbər 898 dəfə oxundu.