FİDE Qran-prinin yeni seriyasının başlama tarixini açıqlayıb
FİDE Qran-prinin yeni seriyasının başlama tarixini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, 2012-2014 mövsümünün çempionluq tsiklinin bir hissəsi olan yarışın ilk mərhələsinə Londonda start veriləcək. Bu mərhələ sentyabrın 20-də başlayacaq və oktyabrın 3-ə kimi davam edəcək.

Qran-pridə 18 zəka sahibi yarışacaq ki, onlar arasında Azərbaycan millisinin liderləri Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov da yer alıb. Turnirin reytinq-favoriti isə Rəcəbovdur.

Qeyd edək ki, FİDE 6 Qran-pri mərhələsi nəzərdə tutub və hər bir iştirakçı bunların yalnız 4-də mübarizə aparacaq.

Xəbər 1005 dəfə oxundu.