Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir
Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.

Turnirdə 57 kiloqram çəki dərəcəsində çıxış edən qadın güləşçimiz Alyona Kolesnik ilk görüşdə hindistanlı idmançıya məğlub olub. Rəqib finala yüksəldiyi üçün A.Kolesnik dekabrın 16-da təsəlliverici görüşə çıxıb və alman həmkarına qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Mübarizəyə dörddəbir finaldan start verən Elis Manolova (65 kq) isə Moldova təmsilçisinə uduzub. Rəqib finaladək irəliləyib. Bu isə güləşçimizə bürünc medal uğrunda mübarizə aparmaq şansı yaradıb.

Bu çəkilərdə medal qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xəbər 421 dəfə oxundu.